Kokpit.az xatırladır ki, FİA-nın qaydalarına görə komandalar ildə iki dəfə gənc sürücüləri trasa çıxarmalıdırlar. Bu sürücülər Formula 1 karyeraları ərzində maksimum iki yarışda çıxış edə bilərlər.
Lakin Oliver Berman Braziliya Qran Prisində Kevin Maqnusseni əvəz etmiş və Formula 1 karyerasında üçüncü yarışına qatılmışdı. Buna görə də Ferrari daha sərbəst yürüşlərdə Oliver Bermanın xidmətindən yararlana bilməyəcək.
Antonio Fuokonun Əbu Dabidə birinci sərbəst yürüşlərdə sükan arxasına keçidi qətiləşsə də, Ferrari komandası bu barədə hələ rəsmi açıqlama verməyib. Bu açıqlamanın növbəti günlərdə verilməsi gözlənilir. Onun 38 nömrəli maşınla trasa çıxması güman edilir.
Şərh əlavə et