L.Həmilton: Sennanın maşınını sürmək inanılmazdır

L.Həmilton: Sennanın maşınını sürmək inanılmazdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Braziliya yarışından əvvəl idealı olan Ayrton Sennanın 1990-cı ildə sürdüyü McLaren-lə trasa çıxıb və emosional reaksiya verib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İnterlaqosda Ayrton Sennanın 1990-cı ildə çempionluq qazandığı McLaren Mp4/5B ilə dövrələr vurub. Daha sonra Lyuis Həmilton V10 motorlu McLaren-i kənara çəkərək marşallardan birindən Braziliya bayrağı alıb və Ayrton Sennanın 1991-ci ildə İnterlaqosda qazanarkən etdiyi hərəkətləri təkrarlayıb. 

Lyuis Həmilton: “Bu doğrudan da çox emosionaldır. Ayrton Sennanın yarışarkən izlədiyim uşaqlığıma geri döndüm. O səsi eşitmək, onu burada yarışarkən izləmək… Bunu etdiyimə inana bilmədim. Bu karyeram ərzində yaşadığım ən böyük qürur idi.

Bunu burada, Braziliyada bu gözəl azarkeşlərin qarşısında etmək inanılmazdır. Mənim üçün çox xüsusi bir gündür. Bunun reallaşmasında qatqısı olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm”.

Bunları da oxuyun

Şərh əlavə et