Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Komandadan üzr istəyirəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Braziliyada həftəsonu onun üçün əsl kabus kimi keçib. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü əvvəlcə Braziliya Qran Prisinin sıralanma turunda, sonra isə yarışda bariyerlərə çırpılaraq, mübarizəni vaxtından əvvəl dayandırıb. 

Yarıa pit yolundan başlayan Sayns yarışın 39-cu dövrəsində qəza edərək bir həftəsonunda iki dəfə mübarizəni dayandırıb.

Karlos Sayns yarışdan sonra jurnalistlərə müsahibə verib və komandasından üzr istəyib: “Düzünü desəm, kabus kimi bir gün idi. İki sessiyada da qəza edəcəyimi heç hiss etmədim. Buna görə də onlardan qaçmaq üçün heç nə edə bilmədim.

Əslində yağışlı havalarda həmişə çox güclü sürücü olmuşam, amma nəyəsə görə bu maşını yaş havada sürdüyümdən bəri heç vaxt özümü yaxşı hiss etməmişəm. Trasda ötmə etmək asan deyildi. Pit yolundan başladığımı nəzərə alsaq, xal qazanmağım heç də asan olmayacaqdı. İki qəzaya görə də bütün komandadan üzr istəyirəm. Ümid edirəm ki, növbəti yarışa daha güclü formada qayıda bilərik”.

Ferrari komandası hazırda Mühəndislər Kubokunda 557 xal toplayıb və ikinci yerdədir. Onlar McLaren-dən 33 xal geri qalırlar, Red Bull-dan isə sadəcə 13 xal öndədirlər. Buna baxmayaraq ispaniyalı sürücü bildirib ki, onlar sona qədər mübarizəyə davam edəcəklər.

Karlos Sayns: “Sonuna qədər mübarizə aparacağıq. Önümüzdə bütün komanda üçün önəmli olacaq üç həftəsonu var. İndi yenidən fokuslanmalı və bir araya gəlməliyik. Bu son 3 yarışa mümkün qədər yaxşı hazırlanmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et