FİA Norrislə Rasselli cərimələyib

FİA Norrislə Rasselli cərimələyib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lando Norris və Corc Rassell Braziliya Qran Prisində start prosedurunu pozduqları üçün FİA tərəfindən xəbərdarlıq və 5 min avro pul cəzası alıblar. 

Kokpit.az xatırladır ki, Braziliya yarışı qarışıq formada başlayıb. Aston MArtin komandasının sürücüsü Ləns Stroll qızdırma dövrəsinin dördüncü döngəsində sürüşərək çınqıllığa düşüb və buna görə yarışda restart olub. Belə olan halda start proseduru da sıfırlanıb və komandalara bolidləri hazırlamaq üçün 10 dəqiqə vaxt verilib. 

Sürücülər startın ləğv olunduğu xəbərini görəndə  düzülüşdə qalmaları və tərpənməmələri gözlənilirdi, ancaq Pould aolan Lando Norris mesajı gördüyü anda yerindən tərpənib. Arxasındakı sürücülər də onu izləyiblər. İkinci yerdən başlayan Rassell, RB sürücüləri Yuki Tsunoda və Liam Louson da yerlərindən tərpəniblər.

Bəzi sürücüsülər isə bu proseduru düzgün tətbiq edərək, yerlərində qalıblar. Bu sürücülərdən biri isə Maks Ferstappen idi. Amma sonda bütün maşınlar qatara qoşulmaq üçün yerlərindən ayrılmalı olublar.

Yarışdan sonra bu insident araşdırılıb. Beləlik, stüardlar komandaları dinlədikdən sonra Lando Norris və Corc Rassellə proseduru düz tətbiq etmədikləri üçün xəbərdarlıq və 5 min avro pul cəzası verib. Bununla da Lando Norris və Corc Rassell yarışdakı yerlərini qoruyublar.

FİA bu barədə belə açıqlama verib: “Xəbərdarlıq uyğun formada verildi. İşıq paneli lazımi formada yandı və komandalar mesaj sistemi ilə məlumatlandırıldı, amma sürücülər yerlərini tərk edərək, əlavə qızdırma dövrəsi üçün getdilər. Stüardlar düşünür ki, arxadakı sürücülər də onlara baxıb hərəkət ediblər.

 

Tsunoda və Lousona heç bir cəza verilmədi, çünki önlərindəki Lando Norris və Corc Rassellə reaksiya verdilər. Buna görə də onlar bu işdə günahkar deyildilər”.

Bunları da oxuyun

Şərh əlavə et