Kokpit.az xatırladır ki, Karlos sıralanma turunun ikinci sessiyasında qəza etmişdi və arxa asılqanı qırılmışdı. Mexaniklər onun maşınını təkcə bərpa etməyib, həm də ötürmələr qutusunu və güc qurğusunu dəyişməyə qərar verib.
FİA-nın texniki nümayəndəsinin müraciətindən sonra stüardlar ispaniyalı sürücünü cərimələyiblər – o, yarışa pit-leyndan başlayacaq. Qeyd edək ki, Sayns sıralanma turunun nəticələrinə görə 14-cü olmuşdu.
Şərh əlavə et