Mexaniklərin keçirdiyi baxış nəticəsində məlum olub ki, Aleksander Elbonun maşınını təsnifat mərhələsi ilə yarış arasındakı qısa müddətdə düzəltmək mümkün olmayacaq. Buna görə də, komanda sürücünün yarışdan çəkilməsinə qərar verib. Xatırladaq ki, Aleksander sıralanma turunun son sessiyasında qəza edib, nəticələrə görə isə yeddinci yeri tutub.
Digər tərəfdən, Franko Kolapintonun maşınının starta qədər hazır olacağı və argentinalı sürücünün yarışa biləcəyi açıqlanıb.
Şərh əlavə et