Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Bolid yaxşı idi

RB komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, bolidin yaxşı performansına görə Braziliya Qran Prisində üçüncü yeri tutub. 

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü xaotik keçən Braziliya Qran Prisinin sıralanma turunda təsiredici performansla üçüncü yeri tutub. Yağışlı çətin şıraitdə yaxşı templə gedən Yuki Tsunoda bolidin performansına təriflər yağdırıb. 

Yuki Tsunoda: “Çox çətin idi, amma həzz aldım. Sessiya başlayan kimi yaxşı tempə sahib olduğumuzu düşünməyə başlamışdım. Bir neçə səhv etsəm də, bəxt də bizim tərəfimizdə idi və komanda doğrudan da əla iş gördü. Bir yerdə bolid bər sürüşdü, amma bəxtim gətirdi ki, bariyerlər bizdən çox uzaq idi. Dünənə nisbətən özümü daha yaxşı hiss edirəm. Boliddə də özümü yaxşı hiss edirdim. Yağışda tempimiz yaxşı idi”.

Rauf Hacıyev

Şərh əlavə et