Xəbəri Kokpitdə Oxuyun!

Braziliyada Norris poulda, Ferstappen 12-ci olub

Təxirə salınmış  Braziliya Qran Prisinin sıralanma turu yerli vaxtla bazar günü səhər saatlarında keçirilib. Sessiya yağışlı havada başlayıb və sürücülər trasa mavi rənglə markalanmış yağış təkərləri ilə çıxıblar.

Birinci sessiya – Həmilton ələnir, Ferstappen birinci

Trasa çıxan ilk sürücü McLaren komandasından Lando Norris olub. Bu and aLiam Louson trasdan çıxıb və 2-ci və 3-cü sektırlarda sarı bayraqlar çıxıb. Amma gənc sürücü trasa qayıtdığı üçün sarı bayraqlar götürülüb. Sürücülər cəhd etməyə çalışarkən tez-tez trasdan çıxıblar və bu da sarı bayraqların çıxmasına səbəb olub.

İlk cəhdlərdən sonra Esteban Okon 1.30.096 zaman nəticəsi ilə lider olub. Okon daha sonra nəticəsini yaxşılaşdırıb və liderliyini qoruyub, amma qısa müddətdən sonra Yuki Tsunoda 1.29.172 zaman nəticəsi ilə liderliyi ələ alıb.

İlk sessiyanın bitməsinə 9 dəqiqə qalmış Williams komandasından Franko Kolapinto üçüncü döngədə yerində fırlanaraq, baryerlərə çırpılıb və dərhal qırmızı bayraqlarla sessiya dayandırılıb. Bu anda Elbon, Çjou, Rassell, Bottas və Həmilton ələnmə zonasında idilər.

Kolapintonun maşını təxliyə edildikdən sonra sürücülər yenidən pit yoluna düzülüblər və sessiyanın yenidən başlamasını gözləyiblər. Onlar ardıcıl trasa çıxaraq, dövrələr vurmağa başlayıblar.

Ələnmə zonasında olan Lyuis Həmilton sürətli dövrəsindən sonra 14-cü yerə yülsəlib. Rassell isə daha yaxşı nəticə ilə ikinci olub və komanda yoldaşını 15-ci yerə itələyib. Bu əsnada Maks Ferstappenin nəticəsi silinib və o 12-ci yerə yuvarlanıb.

Birinci sessiyanın son hissələri həyəcanlı mübarizə şəraitində keçib. Lando Norris son anda atdığl dövrə ilə Lyuis Həmiltonu qabaqlayıb və ikinci sessiyaya qalıb.

Beləliklə birinci sessiyadan sonra ələnən sürücülər bunlar olub: Lyuis Həmilton, Oliver Berman, Franko Kolapinto, Niko Hülkenberq və Quanyu Çjou.

İkinci sessiya – Ferstappen və Peres ələnir, Norris birincidir

İkinci sessiya başlamamışdan əvvəl bəzi sürücülərə radiodan yağışın azaldığı ilə bağlı xəbərdarlıq verilib. Buna baxmyaraq əksər sürücülər yağış təkəri ilə, Odkar Piastri isə yaşıl rənglə markalanmış keçid təkəri ilə trasa çıxıb.

İkinci sessiyanın ilk ən sürətli dövrəsi Karlos Saynsdan gəlib. İspaniyalı sürücü 1.29.406 zaman nəticəsi ilə liderliyə oturub. Ancaq lidelrik tez-tez əl dəyişdirib. Birinci cəhdlərdən sonra Ferstappen birinci olub. Piastri isə keçid təkərləri ilə atdığı ikinci dövrə ilə liderliyi Ferstappendən alıb.

Bu anda Corc Rassell 10-cu döngədə yerində fırlanaraq qısa müddətlik də olsa, sarı bayraqlara səbəb olub. Lakin o bariyerlərə çırpıılmadan yoluna davam edə bilib.

Piastrini keçid təkərləri ilə empini görən digər sürücülər də pitə gələrək, bu təkəri götürüblər.

İkinci sessiyanın bitməsinə 6 dəqiqə qalmış Karlos sayns bariyerlərə çırpılıb və qırmızı bayraqlara səbəb olub. Bu nada Norris, Qsli, Elbon, Tsunoda və Okon ələnmə zonasında idilər.

Qırmızı bayraqlar yığışdırıldıqdan sonra sürücülər keçid təkərləri ilə trasa çıxıblar. Lando Norris vurudğu dövrə ilə üçüncü olub və ələnmə zonasından uzaqlaşıb.

İkinci sessiyanın sonlarında sürücülər ardıcıl sürətli dövrələr vurublar və Pereslə Ferstappen ələnmə zonasına geriləyiblər. Bundan qısa müddət sonra isə Lən Stroll qəza edib. Buna baxmayaraq sürücülər sürətli dövrələrini bitiriblər. Bir müddət sonra isə stüardlar qırmızı bayraqlar çıxarıblar. Bu anda ikinci sessiyanın bitməsinə 1 dəqiqədən az vaxt qalmışdı. Buna görə də sessiya dayandırılıb. Bununla da Maks Ferstappen 12-ci, Serxio Peres isə 13-cü yeri tutaraq, mübarizəni dayandırıblar.

İkinci sessiyada bu sürücülər ələniblər – Valtteri Bottas, Maks Ferstappen, Serxio Peres, Karlos Sayns və Pyer Qasli

Son sessiya Alonso qəza etdi, Norris poul qazandı

Sürücülər poulun sahibini müəyyən etmək üçün son sessiyada trasa çıxıblar. İlk cəhdlərdən sonra Lando Norris liderliyə oturub. Tras quruduqca nəticələr yaxşılaşıb və liderlik davamlı əl dəyişdirib. Buna baxmayaraq Lando Norris növbəti cəhdində yenidən liderliyi ələ alıb.

Sessiyanın bitməsinə yeddi dəqiqə qalmış Fernando Alonso 11-ci döngədə yerində fırlanaraq, bariyerlərə çırpılıb və dərhal qırmızı bayraqların çıxmasına səbəb olub.

Sessiyanın yenidən başlamsı ilə sürücülər trasa çıxıblar. Corc Rassell sürətli dövrəsinə hamıdan əvvəl başlasa da, tras xaricinə çıxdığı üçün dövrəsi ləğv edilib.

Bu anda Williams komandasından Aleks Elbon birinci döngədə yerində fırlanaraq, sərt formada divara çırpılıb və sessiyanın bitməsinə 3.5 dəqiqə qalmış yenidən qırmızı bayraqlar çıxıb.

Tras təmizləndikdən sonra yenidən yaşıl işıq yandırılıb və sürücülər son cəhdləri üçün trasa çıxıblar. Rassell isə boksda gözləyərək hamıdan sonra trasa çıxıb.

Lando Norris nəticəsini bir az da yaxşılaşdıraraq, birinciliyini təmin edib. Piastri və Lekler isə nəticələini yaxşılaşdıra bilməyiblər. Bu anda RB sürücüləri Yuki Tsunoda və Liam Louson 2-ci və 3-cü yerlərə yerləşiblər. Norris növbəti dəfə nəticəsini yaxşılaşdırıb və poul qazanıb. Rassell isə ikinci yerə yüksəlib. Günün surprizi isə Yuki Tsunoda olub. Yaponiyalı sürücü üçüncü yeri tutub. Esteban Okon, Liam Louson, Şarl Lekler, Aleks Elbon, Oskar Piastri, Fernando Alonso və Ləns Stroll ilk onluğu tutan pilotlar olublar.

Rauf Hacıyev

Şərh əlavə et