Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Ən pis sessiyamız idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Braziliyadakı sprint yarışı onlar üçün mövsümün ən pis sessiyalarından biri olub. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü San Pauludakı sprint sıralanma turunda 11-ci yeri tutmuşdu. O, yarışa da yaxşı başlamayıb və startda 14-cü yerə qədər geriləyib. Yarışın qalanında yüksəlməyə çalışan yeddiqat Dünya Çempionu 24 dövrə ərzində sadəcə 11-ci yerə qədər gələ bilib və sprint yarışını xalsız başa vurub. 

Sprint yarışından sonra jurnalistlərə açıqlama verən Lyuis Həmilton bildirib ki, bolidin performansına görə çox məyus olub: “Bu, böyük ehtimalla ilin ən pis sessiyalarından biri idi. Doğrudan da çox mübarizə apardım. Bolidimiz bu tras sevmir. Amma ən azında sıralanma turundan əvvəl bəzi dəyişikliklər etmək üçün bir az vaxtımız var. Nə etsək də bolidi bundan pis hala gətirə bilmərik”.

Rauf Hacıyev

Şərh əlavə et