Xəbəri Kokpitdə Oxuyun!

Sıralanma turu və yarışın saatı dəyişib

Əlverişsiz hava şəraiti şənbə günü San Paulu Qran Prisinə sıralanma turunun keçirilməsinə mane olub.

Nəticədə, təsnifat mərhələsinin bazar gününə təxirə salınması və yarışın başlama vaxtının tənzimlənməsi qərara alınıb. Yeni cədvələ əsasən, sıralanma turu yerli vaxtla saat 07:30 – Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Yarışın starrtı da 1.5 saat əvvələ çəkilib. Pilotlar yerli vaxtla 12:30-da – Bakı vaxtı ilə 19:30-da isinmə dövrəsinə çıxacaqlar. Bunlarla əlaqəli olaraq, sürücülərin paradı kimi tədbirlərin vaxtına da düzəliş edilib…

Elçin Zodorov

Şərh əlavə et