Xəbəri Kokpitdə Oxuyun!

Norris yenidən bukmeykerlərin siyahısında zirvədədir

Unibet bukmeyker kontoru qarşıdan gələn San Paulu Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

Əmsallar bir həftə ərzində xeyli dəyişib. İdarənin əməkdaşları İnterlaqosdakı yarışda Norrisi qələbyə əsas favorit hesab edirlər, keçən yarışın favoriti Lekler isə onun ən ciddi rəqibi kimi göstərilib. Mexikoda qələbə qazanmış Sayns siyahıda üçüncüdür, Ferstappen isə 5-ci ən şanslı sürücü sayılıb. Hətta Piastrinin də qələbə qazanacağına daha çox inanırlar.

Lando Norris – 2.75
Şarl Lekler – 3.75
Karlos Sayns – 4.25
Oskar Piastri – 8.00
Maks Ferstappen – 13.00
Lyuis Həmilton, Corc Rassell – 21.00
Serxio Peres – 101.00

Ferstappen ilə Norrisin xal fərqi azalır, lakin mövsümün sonuna cəmi dörd mərhələ qalıb, ona görə də bukmeker kontorları Red Bull Racing sürücüsünün mövsümün sonunda dünya çempionu olmaq perspektivini kifayət qədər yüksək qiymətləndirirlər.

Maks Ferstappen – 1.30
Lando Norris – 3.50
Şarl Lekler – 26.00
Oskar Piastri, Karlos Sayns – 501.00

McLaren Konstruktorlar Çempionatını qazanmaq üçün mərclərdə liderliyini davam etdirir. Lakin Ferrari-nin də iddialı olduğunu unutmamalıyıq.

McLaren – 1.15
Ferrari – 5.50
Red Bull – 15.00
Mercedes – 1001.00

Elçin Zodorov

Şərh əlavə et