Kokpit.az xatırladır ki, Ferrari son iki yarışdan 84 xal toplayaraq xalını 537-yə yüksəldib və turnir cədvəlində Red Bull-u keçərək, ikinci yerdə qərarlaşıb. Onları hazırda lider McLaren komandasından 29 xal ayırır.
Şarl Lekler: “Ferrari-nin uzun illər çempionluqdan uzaq qaldığını nəzərə alsaq, bu uğur komanda üçün böyük əhəmiyyət kəsb edir. Ancaq komanda daxilində bu barədə düşünmürük və buna köklənmirik. Addım-addım irəliləyirik və bu formada çempionluğu qazanmaq üçün ən yaxşı şansı əldə edə bilərik.
Buna görə də hazırda bu həftəsonuna köklənmişik. Son iki yarışdakı kimi yüksək səviyyəli nəticələr qazanmağı hədəfləyirik. Komandada əla temp var və motivasiya çox yüksəkdir. Bunu yaxşı qısamüddətli nəticə üçün istifadə etməliyik. Görək mövsümün sonunda harada bitirəcəyik.
Kağız üzərində Qətər yarışı bizim üçün ən çətin yarışlardan biri olacaq. Veqas isə bizim üçün yaxşı yarış ola bilər. Abu Dabidə isə işlət bir az neytral olacaq. Yenə də hər yarışa addım-addım köklənməliyik. Kiçik detallar böyük fərqlər yarada bilər. Sprint həftəsonlarında hər şey mümkündür.
Hazırda bir sıralanma sessiyamız var və yaxşı iş görsək, hər şey mümkün ola bilər. Komanda olaraq hər il doğru yöndə kiçik addımlar atdır və bu da böyük fərq yaradır. Strategiya cəhətdən hazırda çox yaxşı yerdəyik.
Ravin və onun komandası mükəmməl işlər görürlər. Fredin gəlişinin də komandaya böyük qatqısı oldu. Ferrari-də komanda içində istək çoxdur və buna görə də insanlar normaldan çox işləməyə həvəslidirlər. Çünki işlərini çox sevirlər.
Amma bu emosianal bağlılıq çətin anlarda bəzən əks təsir göstərə bilər. Fred çox peşəkar və balanslı insandır. Xarici dünyadan təsirlənmir. Bu da Ferrari-də lazımi lider tipi olaraq önə çıxır. Son 5-6 ildə bu addımları atdıq və növbəti ki il ərzində daha çox inkişaf edəcəyik. Hamının artıq dəqiq hədəfləri var: İki çempionluğu da qazanmaq və ümid edirik ki, bu il birini bacararıq”.
Şərh əlavə et