Kokpit.az bildirir ki, pilot Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə yarışda təmsil olunacaq.
Qeyd edək ki, 20 yaşlı Yaqub dəfələrlə ölkəmizi beynəlxalq Esport GT yarışlarında təmsil edib və çoxlu uğurlar qazanıb.
Belə ki, Yaqub Əliyev 2020-ci ildə 274-dən çox iştirakçının qatıldığı Toyota Gazoo Racing GT86 zaman yarışının qalibi oldu. 2021-ci ildə keçirilən FIA Gran Turismo SPORT Nation & Manufacture Cup yarışında MDB üzrə 1-ci nəticəyə nail olub.
2021-ci ildə DTF AVTOSPORT-un Gran Turismo SPORT platformasında keçirdiyi çempionatda çempionluq eldə edib.
2022 və 2023-cü illərdə F1 Esports Series Baku Qran prisi zamanı, ən sürətli vaxtı göstərmiş və final yarışında 1-ci gələrək qalib olmuşdur.
2023-cü ildə isə 100 mindən çox iştirakçının qatıldığı Gran Turismo 7 oyun platformasında Dünya üzrə TOP-6 nəticəsinə daxil olan, ilk azərbaycanlı yarışçı olub.
Yaqub indi isə ölkəmizi ilk dəfə Valensiyada Beynəlxalq Avtomobil Federasiyasının təşkil etdiyi yarışda təmsil edəcək. Burda isə avadanlıqlar bərabər şəraitdə olacaqlar. Bu yeni macərada biz də Kokpit.az saytı adından gənc sürücümüzə uğurlar arzulayırıq.
Şərh əlavə et