C.Əllison: Həmiltonun karyerası fərqlidir

C.Əllison: Həmiltonun karyerası fərqlidir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Lyuis Həmilton bütün Formula 1 karyerasını bir motor istehsalçısı ilə keçirib və bu da diqqətə alınmalı nüansdır. 

Kokpit.az xatırladır ki, Lyuis Həmilton Formula 1-də 2007-ci ildə debüt edib. O, 2007-2012-ci illərdə McLaren Mercedes komandasında çıxış etdikdən sonra 2013-cü ildə Mercedes komandasına transfer olunub və karyerası ərzində ancaq Mercedes motorlu maşınlar sürüb. 39 yaşlı sürücü bu müddət ərzində 105 qələbə, 201 podium və yeddi Dünya Çempionluğu qazanıb. 104 poul qazanan Lyuis 100-dən artıq qələbə və poula sahib olan ilk sürücü kimi Formula 1 tarixinə düşüb. 

Lakin yeddiqat Dünya Çempionu növbəti mövsümdən Ferrari komandasına keçəcək və 17 illik Formula 1 karyerasında ilk dəfə fərqli motorlu bolid sürəcək.

Hazırda Mercedes komandasında texni direktorluq edən Ceyms Əllison britaniyalı sürücü barədə danışıb və ona təriflər yağdırıb: “Lyuisin karyerası məncə, heç bir sürücü ilə müqayisə oluna bilməz. Onun bütün uğurları sadəcə bir motor istehsalçısı ilə, yəni Mercedes ilə olub. Bu da diqqəti cəlb edən dəyərdir.
Onunla artıq sonlara doğru yaxınlaşırıq və hər həftəsonu Lyuis üçün bir də təkrarlanmayacaq dönüm nöqtəsidir”.

Bunları da oxuyun

Şərh əlavə et