Kokpit.az xatırladır ki, meksikalı sürücü bu il çox uğursuz mövsüm keçirir. O, son podiumunu mövsümün beşinci yarışı olan Çində qazanıb və o vaxtdan sonra gözləntilərin altında qalıb. Çeko hazırda turnir cədvəlində 8-ci yerdədir və lider Maks Ferstappendən 187 xal geridə qalır.
Serxio Peres bütün bu çətinliklərə baxmayaraq bildirib ki, hələ təqaüdə çıxmaq kimi fikri yoxdur: “Bununla bağlı qərar verməyim 3 saniyəmi aldı. Sonda təslim olmaq ən asan yol olardı. Özümü heç vaxt bağışlamazdım.
Karyeramı mənə kimsə dediyi üçün yox, özüm istədiyimdə bitirmək istəyirəm. Ən vacib şey budur. Gələcəyimlə bağlı qərar verə biləcəyim nöqtəyə gəlmək. Hələ çox motivasiyalıyam. Formula 1-də yarışmağa davam etmək istəyirəm və bundan həzz alıram.
Hələlik ikiillik müqaviləm var. İki il çox uzun müddər olsa da, artıq yavaş-yavaş sonun yaxınlaşdığını bilirəm. Özümü Fernandonun yaşında olarkən burada görmürəm. Bu yaşda gördüyü işlərə görə ona heyranam.
O yaşa qədər burada qalmaqdan həzz almayacağıma görə yox, çox kiçik uşaqlarım olduğu üçün gedəcəm. Onlarla daha çox vaxt keçirmək istəyirəm”.
Xatırladaq ki, son günlər Serxio Peresin təqaüdə çıxacağı ilə bağlı şayiələr artıb.
Şərh əlavə et