Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Alonso ilə danışıqlar aparmışdıq

Red Bull şirkətinin idman məsləhətşisi Helmut Marko bildirib ki, onlar keçmişdə Fernando Alonso ilə danışıqlar aparıblar.

Kokpit.az xatırladır ki, Fernando Alonso 2001-ci ildən Formula 1-də yarışıb, 5 fərqli komandada çıxış etsə də, heç vaxt Red Bull komamdasının şərəfini qorumayıb. Lakin Avstriya təmsilçisinin idman məsləhətçisi Helmut Marko bildirib ki, onlar ispaniyalı sürücü ilə danışıqlar aparıblar.

Fernando Alonso Formula 1-dəki debütünü 2001-ci ildə Minardi komandasında etmiş və 2002-ci ildə Renault-ya test sürücüsü kimi qatılmışdı. O, fransızların heyətində 2005 və 2006-cı illərdə Dünya Çempionluğu yaşadıqdan sonra McLaren komandasına keçmişdi.

2010-cu ildə Ferrari-yə gələn və burada 5 il yarışan ispaniyalı sürücü 2015-ci ildə yenidən McLaren komandasına getmişdi. 2018-ci ilin sonunda isə idmandan getmiş və ikiilik fasilə vermişdi.

Fernando 2021-ci ildə Alpine komandası ilə Formula 1-ə qayıtmış və 2023-cü ildən etibarən Aston Martin-ə keçmişdi. 43 yaşlı sürücü 2023-cü ilin ilk 8 yarışında 7 podium qazansa da, “yaşıllar” bu il çox zəif performans göstərirlər.

Bütün bu çətinliklərə baxmayaraq Fernando Alonso aprel ayında Aston Martin-lə müqaviləsini 2026-cı ilin sonuna qədər uzadıb.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, onlar da Fernando Alonsonu transfer etmək üçün bir neçə dəfə danışıqlar aparıblar: “Biz artıq sadəcə sponsor deyildik. Sürücülərin gələcəkdə yarış qazanmasını tələb edən sponsorlar idik”.

Dokror Helmut Marko bildirib ki, Fernando Alonso ilə müqavilə bağlamama səbəbləri Ditrix Mateşiçin ortaya qoyduğu fəlsəfəyə görə olub: “Bunun səbəbi Ditrix Mateşiçin fəlsəfəsi idi. O vaxt Fernando Alonso ilə danışıqlar aparırdıq, amma Ditrix bizə dedi ki, ulduzları satın almayacağıq, onları özümüz yetişdirəcəyik.

Buna görə də o bizə miras qoyub getdi. Mateşiçin bu fəlsəfəsini davam etdirmək… O, çox irəligörüşlü adam idi”.

Rauf Hacıyev

Şərh əlavə et