FIA McLaren-in arxa qanadını izləyəcək

FIA McLaren-in arxa qanadını izləyəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sinqapur Qran Prisi ərəfəsində FIA McLaren-in arxa qanad dizaynı ilə bağlı şübhələr fonunda elastik qanad hissələri ilə bağlı tədbir görüb-görməməyi nəzərdən keçirəcəyini açıqladı.

Kokpit.az xəbər verir ki, bu arxa qanan məsələsi Bakıda Oskar Piastrinin maşınına quraşdırılmış kamera görüntülərindən sonra mübahisə yaradıb – görünüşə görə, qanadın üst elementində hava ilə sürtünmənin azaldılması məqsədilə boşluq yaradılıb. Bu həll paddokda “mini-DRS” adını qazanıb və rəqiblər bunun qaydalara uyğun olub-olmadığına, niyə buna icazə verildiyinə aydınlıq gətirilməsini tələb ediblər.

Sinqapur Qran Prisindən əvvəl federasiya bəyan etmişdi ki, McLaren-in arxa qanadı bütün lazımi FIA sınaqlarından keçib və onlara tam uyğun gəlsə də, dəyişikliklərin zəruri olub-olmadığını öyrənmək üçün Bakıdan çəkilmiş videonun tədqiqi aparılacaq.

Federasiyanın bəyanatında deyilir: “FIA avtomobil elementlərinin çevikliyini diqqətlə izləyir və komandalardan mövsüm ərzində istənilən vaxt dəyişiklik etməyi tələb etmək hüququnu özündə saxlayır. Bununla belə, komanda bütün çeviklik testlərindən uğurla keçərsə, qaydalara və texniki göstərişlərə əməl edərsə, o, tam uyğun hesab edilir və əlavə tədbir görülmür. FIA hazırda Azərbaycan Qran Prisi zamanı əldə edilmiş məlumatları və əlavə sübutları, eyni zamanda gələcək məhdudiyyətlər üçün tədbirləri nəzərdən keçirir”.

Bunları da oxuyun

Şərh əlavə et