Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Bakıdakı qəza işlərimizi çətinləşdirib

Serxio Peres Bakıda podiuma iddialı olsa da, hətta yarışın gedişindəki bəzi anlar olmasaydı, qələbəyə iddialı olsa da, finişə 3 dövrə qalmış Karlos Saynsla ciddi qəza edib və yarışı yarımçıq saxlayıb.

Kokpit.az xəbər verir ki, stüardlar hadisəni yarış insidenti hesab ediblər və heç kimi cəzalandırmayıblar. Onların fikrincə heç bir sürücü qəzaya görə bir-başa məsuliyyət daşımayıb. Amma Red Bull-un idman məsləhətçisi fərqli düşünür.

Helmut Marko: “Saynsın qəfildən sola doğru hərəkət etdiyini gördüm, bu da qəzaya səbəb oldu. Düşünmürəm ki, yarışın bitməsinə bir neçə dövrə qalmış belə bir şeyi təhrik etməyə ehtiyac yoxdu. Peres döngədən daha yaxşı çıxdı. Təbii ki, o, qəsdən heç bir addım atmadı, sadəcə olaraq öz trayektoriyasında qaldı. Bəzi yeni gələnlərin başına belə hadisələr gələndə təəccüblü deyil, lakin bu, iki belə təcrübəli sürücünün başına gələ bilməz. Buna görə çoxlu xal itirdik.

Biz ancaq təəssüflənə bilərik, çünki indi Sinqapurda biz daha çətin problemləri həll etməli olacağıq. Sercionun avtomobilini necə bərpa edə biləcəyimizi görmək qalır. Bununla belə, biz onu yığa biləcəyik, lakin iş planlaşdırdığımızdan fərqli şəkildə aparılmalı olacaq. Əvvəla, Sinqapur trassındakı ilk məşqdə təsnifat mərhələsinə və planlaşdırdığımız kimi yarışa hazırlaşmaq mümkün olmayacaq və bu, çox ciddi maneələr yaradacaq”.

Marko daha sonra izah edib ki, meksikalının avtomobilinə dəyən ziyana görə Red Bull Racing iki fərqli RB20 konfiqurasiyasının düzgün müqayisəsini apara bilməyəcək.

Elçin Zodorov

Şərh əlavə et