Kokpit.az bildirir ki, yarışın startı insidentdən bol olub. Belə ki, Maini beşinci yerdən start ala bilməyib və xaos yaşanıb. MP Motorsport-dan Oliver Göte arxadan İnvicta bolidinə çırpılıb. Pepe MArti isə sərt formada Mainiyə çırpılaraq pit divarına möhkəm dəyib. Qəzadan sonra yarış 34 dəqiqə dayandırılıb.
Lakin yarışa pouldan başlayan Rixar Verşur restartda da soyuqqanlı davranıb. O, düzgün strategiya ilə ART komandasından Viktor Martinsi keçib və yarışın geri qalanında liderliyini qoruyub. Niderlandlı sürücü son dövrələrdə çıxan təhlükəsizlik maşınının hesabına rahat qələbə qazanıb.
Yarış ərzində Art komandasından Luk Brouninq və MP Motorsport-dan Dennis Hoqer arasında gərgin mübarizə gedib. Sonda Hoqer Brouninqin ön qanadını zədələdiyi üçün cərimələnib.
Çempionat üçün maraqlı olan Zeyn Meloni və Andrea Kimi Antonelli mübarizəsində isə Zeyn səhv edib və mübarizəni dayandırıb. Andrea isə zədəli maşınla sürməsinə baxmayaraq yarışı Verşur və Martinsdən sonra üçüncü yerdə tamamlayıb.
İnvicta komandasının sürücüsü Gabriel Bortoleto yarışı 4-cü yerdə bitirərək, çempionatda liderliyə yüksəlib. Azərbaycan yarışından əvvəl çempionatın lideri olan Ayzek Həcər isə Bakıda xalsız qalıb və ikinci yerə geriləyib.
Şərh əlavə et