Kokpit.az xatırladır ki, britaniyalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda 5-ci olub və komanda yoldaşı Lyuis Həmiltonu iki yer qabaqlaya bilib.
Corc Rassell sıralanma turundan sonra maşınından razı qalıb, amma o qeyd edib ki, şəhər tipli traslarda Ferrari daha yaxşı performans göstərir: “Əslində üçüncü sərbəst yürüşlərdən sonra realist olaraq dördüncü yeri gözləyirdik. Çox sevincliyik. Doğrudan da güclü dövrə vurdum və boliddən çox razı idim. Lakin şəhər tipli traslarda Ferrari həmişə daha çox ön plana çıxır və güclü görünür”.
Şərh əlavə et