Leklerdən Bakıda ardıcıl 4-cü poul!

Leklerdən Bakıda ardıcıl 4-cü poul!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı Şəhər Halqası ötmələrə imkan verən trasdır və burada baş tutan 7 yarışdan cəmi 2-də pouldan yarışa başlayan sürücü sonda qələbəyə sevinib.

Kokpit.az xatırladır ki, dünənki ilk məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Şarl Lekler hamını üstələyib. Bugünkü son məşqlərdə isə Corc Rassell fərqlənib.

Pirelli bura ən yumşaq 3 təkəri, yəni, C3, C4 və C4 tərkiblərini gətirib.

İlk sessiyada Mercedes sürücüləri Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə mübarizəyə qoşulublar. Sayns səhvə yol verib, lakin yoluna davam edə bilib. Peres ilk cəhdlərdə üstün olub – 1:43.436. Rassellin nəticəsi tras hüdudlarını aşdığı üçün ləğv edilib. Lekler ikinci döngədə təhlükəsizlik cibinə girib. Sonra isə Peresin nəticəsini üstələyib – 1:42.775.

Şarlın dövrəvi nəticəsi də trasdan çıxdığı üçün silinib. Lakin o, ilk cəhdlərindəki nəticəsi ilə protokollara başçılıq edib. Okon, Çjou, Bottas, Norris və Rikkardo üçün sessiya başa çatıb. Norrisin mübarizəni dayandırması əsl sensasiya olub. Sayns və Okon arasında insident baş verib və stüardlar tərəfindən araşdırılacaq.

İkinci sessiyada hamı Soft təkərləri seçib. Pit yolunda Sayns və Kolapinto Rassellin yolunu kəsib. Əvvəlcə Piastri sürətli olub, Ferstappen isə ona daha yaxşı cavab verib – 1:42.042. Maksın bu nəticəsi ən yaxşı olaraq qalıb. Stroll, Hülkenberq, Qasli, Tsunoda və Berman mübarizəni dayandırıb. Williams hər iki sürücüsü ilə ilk onluğa düşüb.

Son sessiyada da hamı Soft təkərlərlə boksları tərk edib. İlk cəhddə Lekler 1:41.610-luq nəticə ilə ən sürətli olub. Sayns isə ikinci nəticəni göstərib. İkinci cəhdlərin başlanğıcında Elbonun maşınında tüstülənmə olub və pit yolunun çıxışında dayanıb. Lakin sessiya davam etdirilib. Piastri Saynsı üstələyə bilib, lakin Leklerə çatmayıb. Monakolu sürücü öz növbəsində nəticəsini daha da yaxşılaşdırıb – 1:41.365.

Beləliklə, Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə 26-cı poulunu əldə edib. Sabahkı yarışa onunla ön cərgədən Oskar Piastri başlayacaq. İkinci cərgədə Karlos Sayns və Serxio Peres, üçüncü cərgədən isə Corc Rassell və Maks Ferstappen başlayacaq.

Yer Pilot Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Yer Zaman Dövrə
1 Şarl Lekler Ferrari 1 1:42.775 6 2 1:42.056 8 1 1:41.365 6
2 Oskar Piastri McLaren 3 1:43.033 8 8 1:42.598 5 2 1:41.686 6
3 Karlos Sayns Ferrari 12 1:43.357 9 7 1:42.503 8 3 1:41.805 6
4 Serxio Peres Red Bull 10 1:43.213 6 3 1:42.263 3 4 1:41.813 6
5 Corc Rassell Mercedes 9 1:43.139 8 4 1:42.329 6 5 1:41.874 6
6 Maks Ferstappen Red Bull 6 1:43.097 8 1 1:42.042 6 6 1:42.023 6
7 Lyuis Həmilton Mercedes 5 1:43.089 10 9 1:42.765 6 7 1:42.289 6
8 Fernando Alonso Aston Martin 15 1:43.472 7 5 1:42.426 6 8 1:42.369 6
9 Franko Kolapinto Williams 8 1:43.138 8 6 1:42.473 6 9 1:42.530 6
10 Aleksander Elbon Williams 2 1:42.899 8 10 1:42.840 6 10 1:42.859 5
11 Oliver Berman Haas 14 1:43.471 8 11 1:42.968 6
12 Yuki Tsunoda RB 11 1:43.337 10 12 1:43.035 6
* Pyer Qasli* Alpine 4 1:43.088 9 13 1:43.179 6
13 Niko Hülkenberq Haas 7 1:43.101 8 14 1:43.191 6
14 Ləns Stroll Aston Martin 13 1:43.370 8 15 1:43.404 6
15 Daniel Rikkardo RB 16 1:43.547 9
16 Lando Norris McLaren 17 1:43.609 7
17 Valtteri Bottas Sauber 18 1:43.618 7
18 Quanyu Çjou Sauber 19 1:44.246 10
19 Esteban Okon Alpine 20 1:44.504 8

Bunları da oxuyun

Şərh əlavə et