Kokpit.az xəbər verir ki, sürücülər trasın qurumasını gözləyiblər və boksları tərk etməyə tələsməyiblər. Asfaltda elə bir su olmasa da, heç kim sıralanma turu öncəsi qəza riski ilə qarşılaşmaq istəməyib.
İlk 10 dəqiqədən sonra sürücülər Sof tətkərlərlə trasa çıxıblar, lakin dərhal qırmızı bayraqlar dalğalanıb. Okonun maşını güc qurğusundakı problemə görə start düzlüyündə dayanıb. Mühərriki işə salmaq mümkün olmayıb və maşın təxliyə edilib. Okon həm ilk məşqlərdə olduğu kimi, bu dəfə də erkən dayanmalı olub.
Sessiya bərpa edildikdən sonra sürücülər dərhal trasa çıxıblar, lakin bu dəfə də Berman maneəyə çırpılıb. Asılqanı sınmış maşın təxliyə edilib. Sürücülər yumşaq təkərlərlə davam ediblər, lakin tez-tez yaranan fasilələrə görə ardıcıl dövrələr vurmaq mümkün olmayıb.
Peres 15-ci döngədə Saynsa mane olub, Karlos təmasdan qaçmaq üçün trayektoriyadan çıxmalı olub. İnsident daha sonra stüardlar tərəfindən araşdırılacaq.
Corc Rassell ən yaxşı dövrəni vurub – 1:42.514. Bizi Bakı vaxtı ilə 16:00-dan etibarən olduqca gərgin sıralanma turu gözləyir.
Şərh əlavə et