Xəbəri Kokpitdə Oxuyun!

Lekler qəzanın səbəbini açıqlayıb

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, problemlərə görə trasa istədiyi kimi öyrəşə bilməyib.

Kokpit.az xatırladır ki, monakolu sürücü Bakıdakı birinci sərbəst yürüşlərdə qəza edib. İkinci sərbəst yürüşlərdə isə sükanla bağlı problem yaşasa da, günü birinci yerdə bağlaya bilib.

Şarl Lekler: “Qəza barədə çox söz deyə bilmərəm. Sağa doğru əyləci çox basdım və tras çox çirkli idi. Buna görə də təkərlər kilidləndi və sağa qaçmaq üçün çox gecikmişdim. Bütün bunlardan sonra bariyerlərə çırpıldım.

Həftəsonu üçün yaxşı başlanğıc olmadı, amma yenə də bolidə olan güvənim yaxşıdır. Buna görə də problem deyil.

İkinci sərbəst yürüşlərə başladığımızda isə boliddə əsl problem ortaya çıxdı. Dayanandan sonra bu problemin olduğunu bildik və o detalı dəyişdirdik. Bu problem birinci sərbəst yürüşlərdəki qəzadan qaynaqlanmırdı. Bolidə yeni qoyduğumuz detaldan qaydaqlanırdı.

Detallara çox girmək istəmirəm, amma sükana qəribə hiss verirdi. Buna görə də o detalı dəyişdirdik.

Tək problem odur ki, cümə günü istədiyim qədər dövrə vura bilmədim. Yenə də rəqabətədavamlı olmaq gözəldir.

Bura mənim sevdiyim traslardandır və keçmişdə həmişə sürətli olmuşuq.

Bu gün də sürətli idik. Bu yaxşı haldır. Ümid edirəm daha yaxşısını edə bilərik”.

Qeyd edək ki, Şarl Lekler Bakı Şəhər Halqasında daha əvvəl 3 poul qazanıb.

Rauf Hacıyev

Şərh əlavə et