Kokpit.az xatırladır ki, britaniyalı sürücü gələn il Haas komandasında yarışacaq. Lakin Kevin Maqnussenin İtaliya yarışında cərimələnərək 12-ci cəza balını almasından sonra Oliver Bermanın Haas-dakı debütü bu ilin Azərbaycan yarışına təsadüf edib.
Oliver Berman: “Hər şeydən əvvəl geri qayıtmaq gözəldir. Ümid etdiyim şərait bu deyildi, amma təcrübəmi artırmaq və tam həftəsonu keçirmək üçün əla fürsətdir. Sadəcə addım-addım qabağa getmək istəyirəm və bunu etmək üçün yetərli zamanım var. Bu həftəsonu üç sessiyamız var və performansımı maksimum səviyyəyə çıxarmaq istəyitəm. Bu, Formula 1-də keçirəcəyim ən çox sessiya olacaq.
Sadəcə özümü inkişaf etdirməyə çalışıb həzz alacağam. Əlbəttə, çox işləyirəm. Haas ilə yarışacağım açıqlanandan sonra hazırlıqlarımı gələn ilə yönəlib”.
Oliver Berman bundan başqa bildirib ki, Haas üçün yarışma ehtimalı bir müddətdir var: “Kevin yarışdan diskvalifikasiyaya çox yaxın idi. Buna görə də bu mövsüm Formula 1-də yarışmaq üçün potensial var idi.
Əgər seçmək şansım olsa, Formula 2 ilə toqquşmayan həftəsonu seçərdim, amma Formula 1-də nə zaman yarışacağınızı seçə bilmirsiniz. Hər fürsəti dəyərləndirməlisiniz. Bu özünü göstərmək üçün gözəl fürsətdir.
Keçən il Formula 2 ilə Bakıya gələndə özümə çox güvənirdim. Sadəcə təmiz bir həftəsonu keçirəcəyəm və bundan həzz alacağam. İşin çətin tərəfi belə trasda özünə olan inamı qazanmaqdır. Divarlar çox yaxındır. Keçən il bir neçə dəfə divara təmas etdim. Ən vacibi isə sıralanma turunda asılqanı əzmişdim və bu mənim üçün yaxşı hal deyildi.
Buna görə də ilk sessiyada bir az daha təhlükəsiz sürəcəyəm. Məncə, əsas olan özünə güvənməkdir”
Şərh əlavə et