Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin-in növbəti hədəfi Ferstappendir

Aston Martin-in sahibi Lourens Strollun növbəti hədəfi Maks Ferstappeni transfer etməkdir.

Kokpit.az xatırladır ki, Lourens Stroll Aston Martin-i satın aldıqdan sonra komandanın bazasına ulduzları gətirməklə məşğuldur. O, Mercedes-in baş motorçusu Əndi Koveli, Ferrari-nin texniki direktoru Enriko Kardileni transfer edib. Lakin yaşılların gözü bununla doymayıb. Onlar Red Bull-dan aerodinamikanın atası Ədrian Nyuini də rənglərinə qatıblar.

Britaniya təmsilçisi indi də 2026-cı il üçün Maks Ferstappeni komandaya gətirmək istəyir. Artıq “yaşıllar” bunun üçün işə başlayıblar.

Bu iddiaları ortaya atan resurs isə daha əvvəl Ədrian Nyuinin transferini hamıdan əvvəl proqnozlaşdıran Autosprint-dir.

Ferstappenin 2026-cı ildə transferi üçün indidən danışıqlara başlanılıb. Belə olan halda Ləns Stroll Dünya Dözümlülük Çempionatında (WEC) çıxış edə bilər və beləliklə niderlandlı sürücüyə komandada yer açılar.

Qeyd edək ki, Mercedes komandası da Maks Ferstappeni rənglərinə qatmaq istəyir.

Rauf Hacıyev

Şərh əlavə et