McLaren üstünlüyü Norrisə verəcək

McLaren üstünlüyü Norrisə verəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, onlar 2024-cü ildə hər iki cəbhədə çempion olmaq üçün komanda daxilində üstünlüyü Lando Norrisə verəcəklər.

Kokpit.az bildirir ki, McLaren sürücülərinə komanda əmri vermək istəmirdi. Bu səbəbdən bəlkə də Montsadakı qələbəni də əldən verdilər.

Xatırladaq ki, İtaliya yarışında McLaren komandası yarışa ilk iki yerdən başlasa da, startda Oskar Piastri Lando norrisə hücum etmiş və buna görə də britaniyalı sürücü vaxt itirərək, üçüncü yerə qədər geriləmişdi. Yekunda isə Şarl Lekler yarışı qazanmış, McLaren sürücüləri isə 2 və 3-cü yerləri tutaraq, qələbəni əldən vermişdilər.

Norris hazırda çempionatın lideri Maks Ferstappenə ən yaxın sürücüdür və o, niderlandlı sürücüdən 62 xal geridə qalır. Oskar Piastri isə mövsümün bitməsinə 8 yarış qalmış Norrisdən 44 xal az toplayıb. İlk iki yer arasında xal fərqi çox olsa da, Red Bull-un zəifləməsi Norrisin və McLaren-in çempionluğu üçün önəmli şans yaradıb.

İtaliya yarışından sonra McLaren nəhayət anlayıb ki, hər iki cəbhədə də çempion olmaq üçün Lando Norrisə dəstək verməlidir.
Andrea Stella: “Əsas odur ki, qazanmaq üçün son dərəcə qərarlı olaq, ancaq əsas istəyimiz doğru formada qalib gəlməkdir. Landoya dəstək vermək istəyirik, amma bunu edərkən prinsiplərimizə də əməl etməliyik. Prinspilərimiz həmişə komanda işçilərinin öndə gəlməsidir. Bizim üçün centlmenlik, ümumi yarış və tərzimiz önəmlidir. Bundan başqa hər iki sürücüyə də ədalətli davranmalıyıq”.

Andrea Stella əlavə edib ki, Piastri Montsada komanda yoldaşına sərt formada hücum etdikdən sonra bu qərarı veriblər: “Artıq belə şey görmək istəmirik. Montsada yarışa ilk iki yerdən başlasaq da, sonda ikinci  və üçüncü olduq. Belə hallar komandaya zərər verir.

Komandanın mənfəətləri hər şeydən əvvəl gəlir və belə halları düzəltməliyik, çünki ən sonda Montsa yarışının startı belə düşünməyimizə səbəb oldu.

Montsadan sonra 3 hədəfimiz var: Trasda baş verən hadisələr komandaya zərər verməməlidir.

İkinci hədəf hər iki sürücünü də çempionatı qazanmağımız üçün bizə yardım etməlidir. Ancaq əsas hədəfimiz qalmaqalsız formada qazanmaqdır. Bu üç hədəf Bakıda necə yarışacağımızı müəyyən edir. Bu hallar Bakıdan sonra yerini tapacaq”.

Andrea Stella əlavə edib ki, onlar bu barədə Piastri ilə danışıqlar aparıblar və avstraliyalı sürücü Lando Norrisin daha çox xal qazanacağı vəziyyətdə qələbədən belə imtina etməyə razıdır: “Danışıqlar çox yaxşı keçdi. Oskardan soruşduq ki, qələbədən imtina edərsən? O isə dedi ki, bu məyusedici olsa da, bəli.

Hər sürücü qələbə qazanmaq istəyir. Amma bizdəki komanda ruhu hamıya təsir edibdir”.

Bunları da oxuyun

Şərh əlavə et