Kokpit.az xəbər verir ki, Bakı Şəhər Halqasının əsas düzlüyündəki DRS məsafəsi əvvəlki ilə müqayisədə 100 metr artırılıb – artıq sürücülər son döngədən 347 metr sonra qanadın hərəkətli elementinin üstünlüyündən istifadə edə biləcəklər. Xatırladaq ki, keçən il əks addım atılaraq bir çox yerdə məsafələr kiçildilmişdi.
Bu il trasımızda ciddi dəyişikliklər edilməyib, sadəcə bəzi bariyerlər yenidən yerləşdirilib və ya təzələri ilə əvəz edilib. Əlavə olaraq, həm ikinci və üçüncü döngələr, həm də yeddinci və səkkizinci döngələr arasındakı əraziyə əlavə asfalt tökülüb. Bununla da təqvimdəki trasların ən dar hissəsində sürücülərin işinin daha rahat olması məqsədi güdülüb.
Şərh əlavə et