Xarici media üçün media turu təşkil edilib

Xarici media üçün media turu təşkil edilib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 yarış həftəsində beynəlxalq KİV nümayəndələri üçün ənənəvi media tur təşkil edib.

Kokpit.az xəbər verir ki, hər il böyük maraqla qarşılanan tur jurnalistlərə yarış həyəcanı ilə yanaşı Azərbaycanın zəngin tarixi və təbiəti ilə tanış olmaq fürsəti yaradıb.

Media tur UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə tanış olan xarici jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.

Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici KİV nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Sərgi zalı və emalatxananı ziyarət edən jurnalislərə mərkəzdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.

Media tur İçərişəhərdə yekunlaşıb. Burada xarici media nümayəndələri İçərişəhərin qədim küçələri və tarixi ilə tanış olublar. Qeyd edək ki, bu il Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü 300-ə yaxın yerli və xarici media nümayəndələri işıqlandıracaq.

Bunları da oxuyun

Şərh əlavə et