Kokpit.az xatırladır ki, Mercedes komandası mövsümə yaxşı başlamasalar da, ilk yarının son 4 yarışının 3-də qələbə qazanmışdı. Lakin “gümüşü oxlar” mövsümün ikinci yarısına elə də ideal başlanğıc etməyiblər. Alman komandası Zandfortda 7 və 8-ci, Montsada isə 5 və 7-ci yerləri tutub.
Buna görə də Mercedes komandası çətin keçən iki yarışdan sonra daha əvvəl 3 dəfə qalib gəldikləri Bakı Şəhər Halqasında yaxşı nəticə qazanmaq istəyir.
Toto Volff: “Bakıda əsas məqsədimiz Zandfort və Montsadan daha yaxşı performans göstərməkdir. Hər iki yarış da bizim üçün çətin keçdi. Yay tətilindən əvvəl olduğu kimi tempimiz yox idi və rəqiblərimiz çox inkişaf ediblər.
İki həftəsonu ərzində bəzən sürətli idik, amma bu sürtəi stabil formada bütün həftəsonuna yaya bilmədik. Ondan sonra bu vəziyyəti təhlil etməyə çalışırıq. Əsas hədəfimiz mövsümü ən yaxşı formada bitirməkdir”.
Şərh əlavə et