Kokpit.az xatırladır ki, 4 ay davam edən dedi-qodulardan sonra Ədrian Nyuinin gələnilki iş yeri məlum olub. O, 2025-ci ilin Mart ayından etibarən Aston Martin komandasında yarışacaq.
Ədrian Nyui Aston Martin-də yeni yaradılan texniki direktor ortaq vəzifəsində işləyəcək. Britaniyalı mühəndisin yüksək maaş alması düşünülür. Aerodinamikanın atası eyni zamanda Aston Martin komandasının ortağı olacaq.
Lakin Lourens Stroll düşünür ki, Ədrian Nyui komandaya çox şey qatacaq və buna görə də onun transferi komanda üçün bu şansdır. Ancaq Nyui sadəcə bolidin dizaynı ilə məşğul olmayacaq. Həm də komandaya liderlik edəcək.
Lourens Stroll: “Ədrian bizim üçün bir fürsətdir. 40 ildən çoxdur bu işin içindəyəm və heç vaxt belə əmin olmamışdım. Bu bir sərmayə deyil. O, səhmdar və ortaqdır. Bir şirkətə gətirilə biləcək ən yaxşı ortaq odur. Burada uzun müddət birlikdə işləməyi planlaşdırırıq. Ədrianın gətirəcəyi şeyləri düşünsək, aldığı pullar çox uyğundur”.
Aston Martin keçən ay Ferrari-nin sabiq texniki direktoru Enriko Kardileni heyətinə qatmışdı. Kardille də 2025-ci ildə komandaya Formula 1 üzrə texniki direktor olaraq Den Fellovsla işləyəcək.
Ədrian Nyuinin bu texniki heyətə necə öyrəşəcəyi ilə bağlı suala cavab verib ki, hazırda komandadakı istedad bolluğundan yararlanmaq üçün bütün quruluşu Ədrian Nyui düzəldəcək: “Ədrian komandaya texniki idarəçi ortaq kimi qatılır. Texniki heyətin lideri olacaq. Şirkətin liderlərindən biri və səhmdardır. Texnini quruluşu Ədriana verirəm, çünki bu işdə məndən təcrübəlidir.
Ədrian burada tamzamanlı işləyəcək. Formula 1-ə bağlı qalacaq. Komandasına liderlik edəcək və yön verəcək”.
Lourens Stroll sonda bildirib ki, Ədrian Nyuinin bu keçidi komandanı Dünya Çempionu etmək üçün son addım olaraq görür. Bundan başqa Silverstouna yaxın olan yeni mərkəz və aerodinamik boru Nyuini razı salmaqda önəmli faktor olub: “Altı il əvvəl biz başlayandan mozaykanın çox parçasını yığdıq. Aramco-nu ortaq kimi gətirdik və yeni reqlament üçün Honda ilə müqavilə bağladıq.
Ədrian bu işin açarıdır və mozaykanın ən vacib parçasıdır. Texniki heyətə onun liderlik edəcəyini bilmək… Bu bütün komandaya böyük təsir edəcək”.
Şərh əlavə et