Xəbəri Kokpitdə Oxuyun!

Ə.Şovlin: Bakı digər traslardan fərqlidir

Mercedes-in baş tras mühəndisi Əndryu Şovlin Azərbaycan yarışında komandanın gözləntilərindən danışıb.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” yay tətilindən əvvəl 4 yarışdan 3-də qalib gəlsələr də, tətildən sonra ümidləri hələki doğrulda bilmirlər. Alman təmsilçisi Niderland yarışında 7 və 8-ci yerləri, İtaliya yarışında isə 5 və 7-ci yerləri tutublar.

Əndryu Şovlin paytaxtımızdakı yarışdan əvvəl bu fikirləri səsləndirib: “Bakı trasında necə performans göstərəcəyinizi proqnozlaşdırmaq həmişə çətin olub. Bu tras digərlərindən çox fərqlənir. Dar, döngəli və çox aşağı sürətli ikinci sektordan sonra doğrudan da uzun bir düzlük gəlir.

Burada bizə lazım olan alçaq qanad səviyyəsidir. Normalda aşağı sürətli döngələrdə buna ehtiyacınız yoxdur, amma uzun düzlükdə bu sizə lazım olur.

Bundan başqa bu trasda nəticəyə təsir edə biləcək çoxlu insidentlər baş verə bilər. Bir sürücü səhv edəndə təhlükəsizlik maşınının çıxma ehtimalı böyükdür”.

Bu mövsüm əvvəlki iki mövsümə nisbətən daha çətindir, çünki artıq digər komandalar da güclənib. Mövsümün ilk 15 yarışında 4 fərqli komanda və 7 fərqli sürücü yarış qazanıb.

Əndryu Şovlin: “Builki çətinliklərdən biri də istənilən trasda ən az üç, hətta dörd dörd komandanın 0.1-0.2 saniyə içində olmasıdır.

Belə olan halda sıralanma turunda ya da yarış tempində harada olacağımızı proqnozlaşdırmaqda çətinlik çəkirik. McLaren-in sürətli olmasını onsuz da gözləyirik. Ferrari də son yarışlarda güclü performans göstərirdi. Red Bull-u da nəzərdən qaçırmaq olmaz.

Lakin biz də mövsümün son yarışlarında performansımızı artıraraq bir neçə yarış qazanmağa ümid edirik”.

Rauf Hacıyev

Şərh əlavə et