Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton təqaüd planlarından danışıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton gələcək planları və təqaüd vaxtından danışıb.

Kokpit.az xatırladır ki, britaniyalı pilotun gələn ilin yanvarında 40 yaşı tamam olacaq. O, gələn il Ferrari ilə yarışacaq və italyan komandası ilə çoxillik müqavilə bağlayıb.

Növbəti mövsüm Lyuis Həmiltonun Formula 1-dəki 19-cu mövsümü olacaq. Bu qədər yarışmasıma və 100-dən çox qələbə qazanmasına baxmayaraq yeddiqat Dünya Çempionu bildirib ki, o, hər yarışdan əvvəl böyük həyəcan hiss edir və buna görə də yarışır.

Lyuis Həmilton: “Bolidə oturub, onu işə salanda içimdə eyni həyəcanı hiss edirəm. Sonra hamı təkərlərin üzərindəki termoçexolları götürəndə və pit yoluna çıxıb, ilk döngəyə doğru sürdüyümdə, sadəcə qızdırma dövrəsini vuranda belə həmişə böyük həyəcan hiss edirəm.

Hələ də burada yarışdığış üçün özümü çimdikləyirəm. Doğrudan da bu hissi hamınızın hiss edə bilməsini və təcrübədən keçirməyinizi çox istəyərəm. Bu işin ən gözəl tərəfi budur.

Böyük ehtimalla indiyə kimi yarışmağımın əsas səbəbi də budur: Bu işin mənim üçün adiləşməməsi və hələ də eyni həyəcanı hiss etməyim.

Əgər hisslərim olmasaydı, bu doğrudan da çox bərbad olardı və böyük ehtimalla başqa iş görərdim. Amma bu hissə çatmaq üçün gərək savaş təyyarəsi sürərdim”.

Lyuis Həmilton təqaüdlə bağlı planlarından da danışıb: “Bəzən öz-özümə deyirəm ki, daha nə qədər davam edəcəksən? Bəzən fasilə vermək istəyirəm, çünki burada digər idman növlərindəki kimi uzun fasilələr olmur. Doğrudan da dincəlməyə vaxtımız olmur. Amma zehni cəhətdən nə qədər davam edəcəyimlə bağlı planlarım var.

Sadəcə strategiya müəyyən etməli və işləri qaydasına qoymalıyam. Bəs bir gün bu idmana artıq aşiq olmadığımı anlayacağam? Ümid edirəm ki, bu heç vaxt olmaz. Yəni ümid edirəm ki, bu idmana olan sevgim ölməz”.

Rauf Hacıyev

Şərh əlavə et