Ferrari Ferstappenin mühəndisini istəyib

Ferrari Ferstappenin mühəndisini istəyib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İtaliya mətbuatı yazır ki, Ferrari komandası Red Bull Racing-dən Maks Ferstappenin yarış mühəndisi Canpyero Lambyazeni cəlb etməyə çalışıb.

Kokpit.az xəbər verir ki, bu cəhdlər cari ilin əvvəlində olub. Corriere dello Sport-un yazdığına görə, Scuderia Lambyazeyə komandaya gələn mövsüm qoşulacaq Lyuis Həmilton üçün yarış mühəndisi vəzifəsini təklif etsə də, mütəxəssis bundan imtina edib.

Racingnews365-in məlumatına görə isə, Lambyaze Red Bull Racing ilə cari müqaviləsini uzadıb. Eyni zamanda, daha əvvəl xəbər verildiyi kimi, o, mövsümün sonunda komandadan ayrılaraq 6 aylıq məcburi məzuniyyətə yollanacaq idman direktoru Conatan Vitlinin bəzi vəzifələrini öz üzərinə götürəcək.

Xatırladaq ki, Conatan Vitli də öz növbəsində Sauber komandasına keçir və Audi-nin də qoşulacağı yeni layihədə əsas fiqurlardan biri olacaq. Lambyazenin Red Bull-dakı gələcəyi isə Ferstappenin komandadan ayrılacağı variantda maraq doğurur…

Bunları da oxuyun

Şərh əlavə et