Kokpit.az xatırladır ki, Kevin Maqnussen İtaliya yarışında Pyer Qasli ilə mübarizə apararkən imsident yaşamış və buna görə də stüardlar ona 10 saniyə zaman cəzası vermiş və super lisenziyasına 2 cərimə balı yazmışdılar. Lakin danimarkalı sürücü son 12 ayda 12-ci cərimə balını aldığı üçün Azərbaycan yarışındam diskvalifikasiya olunub.
Gələn həftəsonu paytaxtımızda keçiriləcək Azərbaycan Qran Prisində Kevin Maqnusseni Oliver Berman əvəz edəcək. Beləliklə, britaniyalı sürücü bu mövsüm Səudiyyə Ərəbistanından sonra ikinco dəfə sükan arxasına keçəcək.
Qeyd edəki, 19 yaşlı Bermanın gələn il Haas komandasında yarışacağı onsuz da təsdiqlənib. Lakin o, 2025-ci ildən əvvəl ilk dəfə Azərbaycan Qran Prisində Haas komandası ilə özünü göstərmək şansı əldə edəcək.
Xatırladaq ki, britaniyalı pilot daha əvvəl Haas VF-24 ilə Silverstounda Pirelli təkərlərinin testinə qatılıb və bundan başqa İmola, Barselona, Silverstoun və Hunqarorinq traslarında VF-24 ilə birinci sərbəst yürüşlərdə çıxış edib.
Oliver Berman mövsümün ikinci mərhələsi olan Səudiyyə Ərəbistanı Qran Prisində xəstələnmiş Karlos Saynsı əvəz etmiş və yarışda 7-ci olaraq, Formula 1 karyerasının ilk yarışında xallar qazanmışdı. Məhz bu performansına görə 19 yaşlı sürücü Haas komandasının diqqətini cəlb etmiş və transferi reallaşmışdı.
Haas komandasının rəhbəri Oyau Komatsu bu əvəzetmə barədə belə danışıb: “Formula 1-də ən vacib şey sürətdir və Berman buna sahibdir. Ancaq o, idmanın hər tərəfini anlayır və bu təsiredicidir. Gənc sürücüdür və ona birinci sərbəst yürüşlərdə komandanın hədəfini deyəndə, bu hədəfə çatmaq üçün nə etməli olduğunu anlayır.
Biz ona deyirik ki, bu sənin rolundur, bu sənin proqramındır və həm özün, həm də komandan üçün bacarmalısan. O da bunu çox yaxşı anlayır. Komandaya necə fayda verəcəyini çox yaxşı anlayır və hər gənc sürücü bunu bacarmır.
Bəzən digər gənc sürücülərə bunları desək də, onlar çıxıb yenə də ən sürətli dövrəni vurmağa çalışırlar, amma Formula 1-də gərək komanda oyunçusu olasan. Xüsusən də limitli test proqramları və fürsətlər varsa…
Bunlardan başqa hər sürüşdən əvvəl komanda ilə yaxşı komunikasiya qurur. Sürəndən sonra isə öyrəndiklərini paylaşarkən verdiyi dəyərləndirmələr də yaxşıdır. Bizə lazımi geri bildirimlərlə təmin edir.
Çox sakitdir və eyni zamanda çox pozitivdir. Buna görə də komandaya xoş əhval-ruhiyyə verə bilir və insanlar da onu xoşluqla qarşılayırlar.
Bəzi sürücülər əzimli olsalar da, neqativ tərəflərini də göstərirlər. Məsələn, işlər yaxşı olanda üzləri gülür, amma yaxşı nəticələr gəlməyəndə onlarla işləmək adamı yorur.
Belə çox istedadlı doğrudan da yaxşı sürücü olan və çox işləyən, amma komandaya səhv yöndə yox, neqativ yöndə təsir edən bəzi pilotlarım olub. Olli isə çox pozitivdir. Buna görə də komandaya yaxşı hava qatır”.
Qeyd edək ki, Oliver Berman keçən il Formula 2 üzrə Azərbaycan Qran Prisində hər iki yarışda da qalib gəlmişdi.
Şərh əlavə et