M.Fərzullayev: F1 ölkəmizə iqtisadi imkanlar qazandırır

M.Fərzullayev: F1 ölkəmizə iqtisadi imkanlar qazandırır
44 HAMILTON Lewis (gbr) Mercedes GP MGP W07 action during the 2016 Formula One World Championship, Grand Prix of Europe in Azerbaijan from June 16 to 19 in Baku - Photo Vincent Curutchet / DPPI
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev Euronews televiziyasına müsahibə verib.

Euronews televiziyası Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə aid reportaj yayımlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev mötəbər idman yarışına hazırlıqlarla bağlı televiziyaya müsahibə verib.

Maqsud Fərzullayev: “Formula 1 qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növüdür. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır”.

Reportajda yarış həftəsində paytaxt Bakıda böyük sayda turist axını və azarkeş kütləsinin gözlənildiyi, ötən illə müqayisədə tribunaların tutumunun 35 faiz artdığı vurğulanıb. Euronews-da 13-15 sentyabr tarixlərində baş tutacaq Bakı yarışının təşkilində 1500-ə yaxın əməkdaşın, 2000 könüllü və 1400-dən çox marşalın cəlb olunması, şəhərdəki otellərin tam tutumu faktı, Bakı Halqasının ərsəyə gəlməsində istifadə olunan ən son texniki yeniliklərin tətbiqi, yol infrastrukturundakı müsbət dəyişikliklər, təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri də yer alıb.

Bunları da oxuyun

Şərh əlavə et