Xəbəri Kokpitdə Oxuyun!

Maqnussen Bakıdakı yarışı buraxacaq

Montsadakı yarış bitəndən dərhal sonra məlum olub ki, 3 sürücüyə cərimə balı verilib.

Kokpit.az xəbər verir ki, Hülkenberq Tsunoda ilə toqquşmaya görə 2, Rikkardo isə Bottası trasdan çıxardığı üçün 1 cərimə balı alıb. Digər cəzalanan isə Maqnussen olub – danimarkalı sürücü Qasli ilə insidentə görə 10 saniyə və 2 cərimə balı alıb.

Beləliklə, Maqnussen 12 ballıq cərimə limitini doldurduğu üçün Bakıdakı yarışa buraxılmayacaq. Haas komandası onu əvəzləyəcək sürücü tapmalıdır. Kevin Formula 1-də cərimə balı tətbiq ediləndən bəri 12 ballıq limitə çatan ilk sürücü olub.

Elçin Zodorov

Şərh əlavə et