Xəbəri Kokpitdə Oxuyun!

Xiaomi güclü elektrokarın seriya istehsalına başlayır

Şirkətin baş direktoru Lei Tszyun bildirib ki, onlar 2025-ci ilin birinci rübündə SU7 sedanının ən güclü modifikasiyası olan SU7 Ultra elektromobilinin kütləvi istehsalına başlayacaqlar.

Kokpit.az xəbər verir ki, Xiaomi SU7 Ultra-nın mühərrikini 1548 at gücü hasil edəcək. Lei Tszyunun sözlərinə görə, avtomobildə “başlanğıc rejimi” olacaq ki, sürücülər avtomobilin bütün imkanlarını addım-addım mənimsəyə bilsinlər.

Modifikasiya olunmuş Xiaomi SU7 ilk dəfə 2024-cü ilin iyununda Nürburqrinq trasında – “Şimal İlməsi”ndə nümayiş etdirilib. Avtomobil güclü arxa qanadı ilə dərhal diqqətləri cəlb edib. Xiaomi iyulun sonunda yeni məhsul haqqında daha ətraflı məlumat verib.

Belə ki, yaradıcıların fikrincə, Xiaomi SU7 Ultra 100 km/saata 1,97 saniyəyə sürətlənir, maksimal sürəti isə 350 km/saatı ötür. Müqayisə üçün bildirək ki, indiki yüksək səviyyəli sedan variasiyası olan Xiaomi SU7 Max 100 km/saat həddinə 2,78 saniyəyə çatır.

Qeyd edək ki, yeni Xiaomi modelinin premyerası bu ilin oktyabr ayının sonunda gözlənilir – bu, artıq Ferrari Purosangue ilə müqayisə edilən krossover olacaq.

Elçin Zodorov

Şərh əlavə et