Xəbəri Kokpitdə Oxuyun!

Rassell niyə diskvalifikasiya olunub?

Corc Rassellin Belçika yarışından ixrac olunmasına 3 səbəb göstərilir.

Kokpit.az xatırıladır ki, Corc Rassell keçən ay Belçika yarışında finiş xəttini birinci yerdə keçsə də, bolidinin çəkisi normadan 1.5 kiloqram yüngül olmuş və buna görə də yarışdan diskvalivikasiya olunmuşdu.

Sıralanma turundan sonra Rassellə Həmiltonun maşını arasında 500 qram fərq olduğu üçün bu fərqin yarışda necə yarandığı hamıya qaranlıq qalmışdı.

Çəki itirilməsinin səbəbi əvvəlcə təkər yeyilməsində görülürdü, çünki Corc Rassell yarışı bir pitlə bitirmişdi və buna görə də təkərləri rəqiblərinə nisbətən çox yeyilmişdi.

Pirelli Motorsport-un rəhbəri Mario İzola da bildirmişdi ki, tək dəst təkər yarış ərzində böyük kütlə itirə bilər. Lakin bunun üçün Rassellon təkərləri ortalama 357 qram çox çəki itirməli idi.

Yarışdan sonra aparılan təhlillərdə Rassellin təkərlərinin Həmiltonunkuna nisbətən yüngül olduğu görünsə də, bu 1.5 kiloqramlıq fərq deyildi.

Bəzi resurslar düşünürlər ki, Mercedes üç vacib sahədə olan itkiyə görə bu halla üzləşib.

Bir pit-stopa görə həddən artıq təkər yeyilməsindən başqa altlıq da çox yeyilib. Bundan başqa hava isti olduğu üçün Corc Rassell çox tərləyib və bu da onun çəkisinə təsir edib. Sürücülərin ağırlığı da bolidi əhatə edir.

Bu barədə Əndryu Şovlin belə açıqlama vermişdi: “Maşın yarış ərzində çox çəki itirə bilər. Təkər yeyilməsi, altlıq yeyilməsi, əyləclərin yeyilməsi və yağ istehlakı… Lakin sürücü də çəki itirə bilər və yarışda Corc çox çəki itirmişdi”.

Rauf Hacıyev

Şərh əlavə et