Mercedes S-Class modelinin istehsalını azaldıb

Mercedes S-Class modelinin istehsalını azaldıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes-Benz tarixinin mühüm qərarlarından birini verib. Alman istehsalçısının gözlədiyi tələbi görməyən S-Class-ın istehsal xətti yavaşladılır.

Kokpit.az xəbər verir ki, brendin Sindelfingendəki Factory 56 zavodunda  S-Class  yalnız bir növbədə istehsal olacaq. Mercedes sözçülərinin Almaniyanın Automobilwoche mənbəyinə verdiyi açıqlama belədir: “Fabrikdə istehsalın dördüncü rübdə bir növbəyə keçirilməsi və işçilərin bir hissəsinin fabrikin digər istehsalat sahələrinə təyinatı planlaşdırılır”.

Lakin məsələ bununla yekunlaşmır. Mercedes-in bütün flaqmanlarına tələbin azalması müşahidə olunur. Bütün S-Class, EQS, EQS SUV və GLS ailəsi ilin birinci yarısında cəmi 33 400 ədəd satılıb. İlin birinci yarısına olan məlumata görə, azalmaların ümumi sayı demək olar ki, 25 faiz təşkil edib. Mercedes-in ən çox gəlir gözlədiyi bu qrupun ümumi satışlarda payı 16 faizdən 14 faizə düşüb. Bu, deyəsən, şirkətin ilin ikinci rübündə zərərlə üzləşməsinə səbəb olub.

Cəmi dörd il əvvəl açılmış Factory 56 Mercedes-in xüsusi modellərini istehsal etmək üçün nəzərdə tutulub. S-Class, EQS, Maybach və AMG modellərini istehsal edən bu müəssisə tamamilə rəqəmsallaşdırılıb. 1500 nəfəri qəbul edən obyekt açıldığı gündən iki növbəli işləyir. Bu qərardan sonra, deyəsən, işdən çıxarılma prosesi başlayacaq.

Bunları da oxuyun

Şərh əlavə et