Könüllülərin hazırlığı davam edir

Könüllülərin hazırlığı davam edir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Builki yarışa 2000 -dən çox könüllünün cəlb olunması planlaşdırılır.

Builki Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə könüllülərin hazırlığı davam edir. Könüllərin yarışa hazırlanması Bakı Şəhər Halqası Akademiyası tərəfindən genişmiqyaslı təlimlər əsasında həyata keçirilir.

Təlimlərdə gənclərin yarışa yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərilir. Burada könüllülər yaradıcı və lateral düşüncə, karyera planlaşdırılması, müxtəliflik və inteqrasiya mövzularında panel müzakirələrdə, intellektual oyunlarda fəal iştirak edirlər. Təlimlər bir neçə mərhələdən ibarət olmaqla  iştirakçıların peşəkar bacarıqlarını inkişaf etdirir, eyni zamanda onlara yeni biliklər qazandırır.

Qeyd edək ki,  bu il könüllü müraciəti rekord həddə çatıb. Belə ki, beynəlxalq nüfuzlu yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb ki, onlardan 2000-dən çoxunun tədbirə cəlb olunması nəzərdə tutulur. Bakı yarışına qatılan könüllülərin  sırasında 100-dən çoxu dünyanın fərqli qitələrindən müraciət edən xarici ölkə vətəndaşlarıdır. Digər maraqlı fakt isə könüllərin  69 faizinin məhz qadın olmasıdır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi Qüvvəsinin rəhbəri İranə Əhmədova: “Builki müraciətlərin sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Beynəlxalq və yerli könüllülərin hazırlığı müasir tələblərə cavab verən təlimlər və peşəkar inkişaf imkanları yaradır. Qeyd edim ki, Bakı Şəhər Halqasına müraciət edən gənclərin seçimi müxtəlif mərhələlərdən ibarətdir, onların bilik və bacarıqları müxtəlif kriteriyalar əsasında qiymətləndirilir. ” – deyə vurğulayıb.

Xatırladaq ki, builki Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi  13-15 sentyabr tarixlərində baş tutacaq. Paytaxt Bakı həyəcanlı idman yarışına artıq səkkizinci dəfə ev sahibliyi edəcək.

Bunları da oxuyun

Şərh əlavə et