Kokpit.az xatırladır ki, Ədrian Nyui gələn ilin əvvəlində Red Bull-dan ayrılacaq. Hazırda o, Formula 1 komandası ilə münasibətlərini kəsib və Red Bull-un hiperkarı RB17-nin üzərində işləyir.
İndi isə hamıya bir şey maraqlıdır: Ədrian Nyui Red Bull-dan sonra hansı komandaya gedəcək? Hazırda Aston Martin ən böyük namizəd sayılır.
Hazırda Formula 1-də əsas gündəm mövzusu Ədrian Nyuidir. Lakin britaniyalı mütəxəssis bildirib ki, o, bu xəbərlərlə maraqlanmır: “Sosial mediada yazılanları oxumuram və mətbuatı çox izləmirəm. Onları oxumağı uzun müddətdir ki, buraxmışam.
O vaxtlar kiçik bir komanda olan Leyton House-da işləyəndə və 1988-ci ildə ilk maşınlarını dizayn etdiyimdə ortaya yaxşı bir şey çıxmışdı. Lakin növbəti mövsüm hər şeyi səhv etdik və Formula 1 paddokunun qəhrəmanlığından çıxıb, bir dəfə yaxşı iş görən axmağa döndüm. Buna görə də mətbuat haqqınızda yaxşı şey danışanda oxuyub, pis şey yzanda məyus ola bilmirsiniz. Mən də o vaxt özümə söz verdim ki, bir də mətbuatda heç bir şey oxumayacağam.
Lakin həyat yoldaşım sosial şəbəkələri izləyir və mənə hadisələr barədə xəbər verir. Yenə də bu söz-söhbətlətə qarşı immunitetim var. Bütün bunları həyatıma təsir etməyəcək formada izləyirəm”.
Şərh əlavə et