F.Briatore: Pis maşınla heç kim qalib gəlmir

F.Briatore: Pis maşınla heç kim qalib gəlmir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandasının məsləhətçisi Flavio Briatore bildirib ki, onların hazırkı problemləri sürücülər deyil.

Kokpit.az xatırladır ki, Alpine komandası bu il gözləntiləri qarşılamış və onlar hazırda turnir cədvəlində 8-ci yerdədirlər. Bundan başqa ilin sonunda Esteban Okon komandanı tərk edəcək və onun yerinə kimin gətirələcəyinə hələ qərar verilməyib.

Namizədlər isə çoxdur: Mik Şumaxer, Cek Duhən, Valtteri Bottas və Kevin Maqnussen hazırda namizədlərdən bir neçəsidir, amma komanda hazırda bu barədə düşünmür.
Flavio Briatore komandaya məsləhətçi gəldikdən sonra Alpine-i daha yaxşı vəziyyətə gətirmək üçün əlindən gələni edir. İtalyan mütəxəssis düşünür ki, hazırda sürücülər barədə düşünməkdənsə, komandanı inkişaf etdirmək daha məqsədə uyğundur.
Flavio Briatore: “Hazırda həm kommersiya cəhətdən, həm texniki cəhətdən, həm də idarəçilik cəhətdən komandanı daha yaxşı vəziyyətə gətirməliyik. Sürücü hazırda elə də vacib deyil. Əgər maşınınız yaxşıdırsa, o zaman yaxşı sürücüyə ehtiyacınız var. Maşın yaxşı performans göstərmirsə, o zaman sürücü də heç nə edə bilməz.
Hazırda əsas hədəfimiz bütün enerjimizi texniki tərəfə yönəltməkdir. Alpine maşınının daha yaxşı vəziyyətdə olduğuna əmin olmalı və gələn il üçün inkişaf etdirməliyik. Yenə də inanıram ki, Alpine-i 2026-cı ildə görəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et