Kokpit.az xatırladır ki, yay tətilində əvvəl Karlos Saynsın Williams-a, sonra isə Conatan Vitlinin Audi/Sauber komandasına keçidi rəsmiləşib.
Lakin Ted Kravitz düşünür ki, hələ ən böyük xəbər gəlməyib. Bu, Ədrian Nyuinin Aston Martin komandasına keçid xəbəridir.
May ayının 1-də Ədrian Nyuinin Red Bull komandasından ayrılacağı artıq açıqlanmışdı. O tarixdən etibarən əksər komandalar britaniyalı mühəndisə elçi düşüblər.
Lakin son günlərdə Nyuinin Aston Martin komandasına keçəcəyi ilə bağlı iddialar artıb. Mətbuatda çıxan son xəbərlərə görə “yaşıllar” artıq Nyui ilə üçillik müqavilə bağlayıb və o, ilinə 100 milyon dollar maaş alacaq.
Ted Kravitz isə düşünür ki, Aston Martin komandası bu transferi yay tətilinin sonunda açıqlayacaq: “Nyuinin Red Bull-dan ayrılması və Aston Martin-ə keçidi yay tətilinin sonuna doğru açıqlana bilər. Bunun doğru olub-olmadığını görəcəyik.
Böyük ehtimalla Nyui Fellouz ilə danışıb və oradakı şərait barədə ondan soruşub.
Fellouz da daha əvvəl onunla yenidən işləmək istədiyini demişdi.
Məncə, Nyui harada xoşbəxt olacaqsa, oraya getməyi seçəcək. Əgər dedi-qodulara inansaq, hazırda Aston Martin bu transfer yolunda liderdir”.
Şərh əlavə et