Xəbəri Kokpitdə Oxuyun!

Naran Hyper Coupe avqustun sonu debüt edəcək

Naran Automotive-in 1061 at gücünə malik hiperkarı Naran Hyper Coupe avqustun 28-dən 31-dək Böyük Britaniyada keçiriləcək Salon Privé-də ictimaiyyətə təqdim olunacaq.

Kokpit.az xəbər verir ki, Naran Automotive 2017-ci ildə təsis edilib və Hyper Coupe ilk dəfə 2020-ci ildə elan edilib. Maşını əvvəllər McLaren, De Tomaso və Apollo Automobil ilə işləyən Yovin Vonq hazırlayıb.

Kapotun altında 5 litrlik iki turbinli V8 mühərriki ilə təchiz edilmişdirvar. Güc qurğusu 781 kVt (1061 at gücü) hasil edir. Qeyd olunur ki, avtomobilin kuzovu 1377 kiloqram asfaltayatma qüvvəsi yaradır, hiperkar isə 2,3 saniyəyə 60 mil/saat (96,6 km/saat) sürət yığır.

Avtomobilin maksimal sürəti barədə məlumat verilmir, lakin onun yaradıcıları gələcəkdə 4 nəfərlik elektriksiz avtomobillər üçün Nürburqrinqdə məşhur Şimal İlməsinin rekordunu vurmaq niyyətindədirlər.

Naran Hyper Coupe-nin ümumilikdə 39 ədəd istehsal olunacağı və alıcılara 2,2 milyon dollara başa gələcəyi bildirilir.

Elçin Zodorov

Şərh əlavə et