Bonninqton Antonellinin mühəndisi olacaq?

Bonninqton Antonellinin mühəndisi olacaq?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bəzi iddialara görə Kimi Antonellinin Mercedes-dəki yarış mühəndisi Piter Bonnington olacaq. 

Kokpit.az bildirir ki, 2025-ci ildə peletonda ən az 3 debütantın olması gözlənilir.

Haas komandası artıq bu il Ferrari ilə Ciddədə xal qazanmış Oliver Bermanla müqavilə bağlayıb. Digər tərəfdən  Alpine komandası Cek Duhən ilə, Mercedes isə Kimi Antonelli ilə müqavilə bağlamağa çox yaxındır. Bunlardan başqa Sauber-in Robert Şvartsman və ya Qabriel Borotleto ilə anlaşmaq ehtimalı var.

İtaliya mətbuatının verdiyi xəbərə görə Mercedes artıq Kimi Antonelli ilə çoxillik müqavilə bağlayıb və bu müqavilə İtaliya Qran Prisindən əvvəl elan ediləcək.
Toto Volff bu mövzu ilə bağlı keçmişdə belə demişdi: “Antonellinin Formula 2-də yarış qazanmasından başqa onun həm trasda, həm də komanda daxilindəki münasibətlərində səhvlərindən dərs çıxarmasını istəyirəm. Əsas onun testlərdə əldə etdiyi məlumatlar olacaq.
2025-ci il mövsümü küçid ilidir və bu, Antonelli üçün mükəmməl başlanğıc ola bilər. Bu riski artıq hesablamışıq”.
Toto Volff əlavə edib ki, Antonelli testlərdə göstərdiyi performansla komandanın mühəndislərinə təsir edib və Piter Bonninqton gənc sürücünün yarış mühəndisi olmağa çox yaxındır.
Bundan başqa xəbərdə yazılıb ki, Bonninqton əvvəl Lyuis Həmiltonla birlikdə Ferrari komandasına getmək istəsə də, sonraan Kimi Antonellinin performansından təsirlənib və Mercedes-də qalmağa qərar verib.

Qeyd edək ki, Kimi Antonelli bu il Formula 2 seriyasında debüt edib və 1 yarış qazanıb. Hazırda gənc italyan sürücü 84 xalla 7-ci yerdədir.

Bunları da oxuyun

Şərh əlavə et