Kokpit.az xatırladır ki, Audi 2025-ci il üçün Niko Hülkenberqi transfer edib və indi də ona komanda yoldaşı axtarır. Namizdədlər isə çoxdur – Valtteri Bottas, Qabriel Bortoleto, Robert Şvartsman, Mik Şumaxer.
Bu namizədlərə daha bir nəfər qatılıb. Bu, dörd dəfə Dünya Çempionu olmuş əfsanəvi Sebastyan Fetteldir.
Xəbərdə yazılıb ki, Fettel 2022-ci ildə Formula 1-dən getdikdən sonra yenidən geri qayıtmaq istəyir. Hətta xəbərdə Helmut Marko da almaniyalı əfsanənin qayıtmaq istədiyini təsdiqləyib. Lakin Marko əlavə edib ki, Formula 1-də hazırda Fettel üçün yer yoxdur və Mercedes də onun xidmətində maraqlı deyil.
Belə olan halda bir Audi komandası qalır. Xəbərdə deyilir ki, almaniyalı avtomobil istehsalçısı Fettellə işləməyə maraqlıdır.
Komandaya yeni transfer olunmuş Conatan Vitli və Mattia Binotto da daha əvvəl Sebastyan Fettellə işləyib. Belə olan halda dördqat Dünya Çempionunun Audi-yə yolu açıla bilər.
Şərh əlavə et