X.Alquersuari: Alonso Nyui ilə çempion ola bilər

X.Alquersuari: Alonso Nyui ilə çempion ola bilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sabiq Formula 1 pilotu Xayme Alquersuari düşünür ki, Ədrian Nyuinin Aston Martin komandasına transfer olunması ilə Fernando Alonso yenidən çempion titulunu qazana bilər.

Kokpit.az xatırladır ki, Fernando Alonso keçən il Aston Martin komandasına qatılmışdı. 2023-cü ildə “yaşıllar” Red Bull-dan sonra ən sürətli ikinci komanda olduqları üçün Alonso ilk 8 yarışın 6-da podium qazanmışdı. Lakin komanda ondan sonra geriləməyə başladı və bu il arzuolunan səviyyədə çıxış etmir. Aston Martin hazırda turnir cədvəlində beşincidir və dördüncü yerdəki Mercedes-dən 193 xal geridə qalır.

Lakin sabiq Formula 1 pilotu Xayme Alquersuari düşünür ki, Aston Martin Ədrian Nyuini transfer etsə, hər şey dəyişə bilər: “Nyuinin Aston Martin-ə keçməsi ilə Fernando Alonso növbəti dəfə Dünya Çempioni titulunu qazana bilər. Məncə, Nyui barədə şayiələr Fernando üçün son 10 ilin ən gözəl hadisəsidir.

Nyui gördüyü işə görə açıq fərqlə birinci yerdədir. Yeni reqlamenti ondan yaxşı heç kim anlaya bilməz. Demək olar ki, bütün Formula 1 Nyuiyə qarşı yarışır”.

Bunları da oxuyun

Şərh əlavə et