Xəbəri Kokpitdə Oxuyun!

Pagani sonuncu Zonda-nı göstərəcək

Monterey Avtomobil Həftəsi zamanı Pagani Automobili 140 avtomobillik Zonda xəttinin sonuncusu olan Zonda Arrivederci idman avtomobilini ictimaiyyətə təqdim edəcək.

Kokpit.az xəbər verir ki, üstü açıq Pagani Zonda Arrivederci maşını Blu Danubio rəngində boyanıb və yalnız bu modeldə istifadə edilən unikal kompozit materialdan hazırlanmış kuzovu var. Bundan əlavə, avtomobil Modena Design mütəxəssisləri tərəfindən sifarişlə hazırlanmış unikal eksteryerə malikdir.

Pagani Zonda ilk dəfə 1999-cu ildə təqdim edilib və ilkin olaraq şirkət maşını beşqat Formula 1 çempionu Xuan Manuel Fangionun şərəfinə – Fangio F1 adlandırmaq istəyib. Lakin yarışçının ölümündən sonra idman avtomobilinin adının dəyişdirilməsi qərara alınıb.

Pagani Zonda kapotunun altında Mercedes-Benz V12 mühərriki var. Dəqiq spesifikasiya elan edilməyib, lakin Zonda-da quraşdırılmış mühərriklərin gücü Zonda HP Barchetta üçün 405 kVt (550 at gücü) ilə 588 kVt (800 at gücü) arasında dəyişir. Avtomobilin maksimal sürəti 350 km/saatdır.

Qeyd edək ki, Monterreydəki tədbirdə Pagani stendi bir qədər əvvəl nümayiş etdirilən Utopia Roadster, həmçinin Huayra Roadster, Huayra Roadster BC və Imola Roadster modellərini də təqdim edəcək.

Elçin Zodorov

Şərh əlavə et