Koenigsegg Sulayem üçün xüsusi maşın hazırlayıb

Koenigsegg Sulayem üçün xüsusi maşın hazırlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Hiperkar istehsalı ilə ad çıxaran məşhur isveç istehsalçısı ənənələrinə xas olmayan addım atıb - sifarişçi üçün bir neçə modeldən ilham alan və cəmi 1 ədəd olan maşınını tanıdıb.

Kokpit.az bildirir ki, həmin “kimsə” avtoidmanın ən populyar şəxslərindən olan FİA prezidenti Muhammed bin Sulayemdir. Sözügedən sənət əsəri Chimera adlandırılır. Bu eksklüziv maşın gövdəsini Agera RS-dən, mühərrikini Jesko-dan, ötürmələr qutusunu isə CC850-dən alıb.

Bu ideya Sulayemin şəxsən şirkətin rəhbəri Kristian von Kyöniqseqə öz Agera RS maşınına yeni “ürək implantasiyası edilməsi” təklifindən sonra yaranıb. O, həm də CC850-dən olan ötürmələr qutusunu çox bəyənib. “Bəs nəyə görə ərəb missioner CC850 və ya Jesko almağı düşünməyib?” sualı insanı düşündürür, lakin bunu da edib. Sülayem həmin modellərin də sifarişçisidir və Koenigsegg-in sadiq müştərisidir. Lakin o dünyada yeganə olan maşına sahib olmağın həzzini yaşamaq istəyir.

Maşına Jesko-da olan 5 litrlik tvin-turbo mühərrik yerləşdirilib ki, 95 oktanlı yanacaqla 1280, E85 yanacağı ilə isə 1600 at gücü əldə etmək mümkündür. Üstəlik, bu maşın Jesko-dan 100kq daha yüngüldür. Ötürmələr qutusu isə 9 pilləli avtomatik olmaqla yanaşı, 6 pilləli mexaniki seçim bəxş edir – bu dahicədir.

Son olaraq, maşın öz adını yunan mifologiyasından alıb, mənasının aslan başı, keçi bədəni və ilan quyruğu olan bir canavar olduğunu nəzərə alsaq, ad seçimini də mükəmməl hesab etmək olar.

Bunları da oxuyun

Şərh əlavə et