Dünyaca məşhur səyyah ilk dəfə Xəzər dənizində üzəcək

Dünyaca məşhur səyyah ilk dəfə Xəzər dənizində üzəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel “Qoliat” ekspedisiyasına Xəzər dənizindən davam edəcəklər. Onlar Xəzər dənizini sərhəddən-sərhədə üzməklə ilkə imza atacaqlar.

Kokpit.az Bakı Şəhər Halqasına istinadən bildirir ki,  dəniz səyahəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, səyahət zamanı iki gənc üzgüçümüz, 15 qat respublika çempionları Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov səyyahlarla birgə üzəcəklər.

Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl bu missiyaya hələ 1998-ci ilin noyabrında 38.000 km-lik məsafəni qət etməklə başlamışdı. Həmkarı Anjela Maksvel demək olar ki, son 7 il ərzində 4 qitədə, 14 ölkədə olub, susuz səhraları, başı qarlı dağları gəzərək ümumilikdə 32,186 km məsafəni qət edib. Səyyahlar yaxın günlərdə Aktau yaxınlığındakı sahildən yola çıxıb təxminən bir ay ərzində Bakıya çatmağı planlaşdırırlar.

Daha sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya doğru irəliləməyi və səyahətlərini Böyük Britaniyada yekunlaşdırmağı planlayırlar.

Bunları da oxuyun

Şərh əlavə et